Tenqri
Ana Səhifə
Dünya

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən bölgəsində keçirilir

Gəncə-Daşkəsən bölgəsində Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard əməkdaşlığı çərçivəsində həyata keçirilən "TəhsilPlus" layihəsinin ilk kütləvi təqdimatı olub Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə TəhsilPl

0 baxışhaqqin.az
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən bölgəsində keçirilir
Paylaş:

Gəncə-Daşkəsən bölgəsində Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard əməkdaşlığı çərçivəsində həyata keçirilən "TəhsilPlus" layihəsinin ilk kütləvi təqdimatı olub Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə TəhsilPlus kartları təqdim edilib, layihənin imkanları və üstünlükləri haqqında ətraflı məlumat verilib Mərasimlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyətinin sədr müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil sektorunun nümayəndələri və digər qonaqlar iştirak ediblər Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin sədr müavini Fərid Hidayətzadə müəllimlərə göstərilən hörmət və dəstəyin onların gündəlik həyatında öz əksini tapmasının vacibliyini qeyd edib: “Təhsildən danışanda biz gələcəkdən danışırıq.Güclü təhsil sisteminin, uğurlu gələcəyin mərkəzində müəllimlər dayanır.Ona görə də hesab edirik ki, onların əməyinin qiymətləndirilməsini təkcə həyatda deyil, həm də qazanılan təcrübənin bir parçası kimi həyatda hiss etmək lazımdır. TələbəPlus layihəsi göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər gündəlik həyatda insanlara real fayda gətirə bilər” Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının imkanları, o cümlədən layihənin tərəfdaş şəbəkəsində mövcud olan endirimlər və güzəştlər haqqında ətraflı məlumat verilib. Bundan əlavə, bir qrup təhsil işçisinə TəhsilPlus kartları təqdim olunub Bildirilib ki, “TəhsilPlus” kartı təhsil işçilərinə mal və xidmətlərə müxtəlif endirimlər və imtiyazlar verməklə onlara əlavə dəyər yaratmaq üçün nəzərdə tutulub. Gələcəkdə layihə təhsil sistemində 450 minə yaxın işçini əhatə etmək potensialına malikdir Layihənin əsas məqsədi təhsil işçilərinin sosial rifahının dəstəklənməsi, onların daha sərfəli şərtlərlə müxtəlif xidmətlərə çıxış imkanlarının artırılması və gündəlik həyatlarının keyfiyyətinin yüksəldilməsidir Kapital Bank ölkənin ilk bankıdır, PAŞA Holdinqin bir hissəsidir və Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malikdir: ölkə üzrə 114 filial və 53 filial. Bankın məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı https://kapitalbank.az internet saytından, bankın sosial şəbəkələrdəki səhifələrindən, həmçinin 196 nömrəli müştəri xidmətləri mərkəzinə zəng etməklə əldə etmək olar. Nağd pul krediti və Birbank kartı üçün müraciətləri onlayn olaraq vermək olar

Kaynak: haqqin.az

Diğer Haberler