İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşları Gürcüstanda saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyinin Kriminal Polis Baş İdarəsinin Acarıstanda Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan iki Türkiyə vətəndaşını saxlayıblar Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib İdarədən verilən məlum

Daxili İşlər Nazirliyinin Kriminal Polis Baş İdarəsinin Acarıstanda Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan iki Türkiyə vətəndaşını saxlayıblar Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib İdarədən verilən məlumata görə, saxlanılan şəxslər ağır cinayətlər törətməkdə şübhəli bilinərək Türkiyə və Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olublar Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Ozurqeti və Batumi şəhərlərində saxlanılıblar Hazırda onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir


