Tenqri
Ana Səhifə
Dünya

Gürcüstanda Diplomatiya Akademiyası yaranacaq

Gürcüstanda hökumətin qərarı ilə yeni ali təhsil müəssisəsi - Gürcüstan Diplomatiya Akademiyası yaradılacaq “Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu baş nazir İrakli Kobaxidze hökumətin iclasında deyib Onun sözlərinə görə, akademiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstər

0 baxışcaliber.az
Gürcüstanda Diplomatiya Akademiyası yaranacaq
Paylaş:

Gürcüstanda hökumətin qərarı ilə yeni ali təhsil müəssisəsi - Gürcüstan Diplomatiya Akademiyası yaradılacaq “Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu baş nazir İrakli Kobaxidze hökumətin iclasında deyib Onun sözlərinə görə, akademiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək və gələcək diplomatları hazırlayacaq "Bu gün dövlət və özəl universitetlərin ixtisas fakültələri gələcək diplomatları lazımi bilik və bacarıqlarla tam təmin edə bilmir. Məhz buna görə də yeni akademiyanın yaradılması barədə qərar qəbul edilib", - baş nazir qeyd edib İrakli Kobaxidze bildirib ki, akkreditasiyadan sonra Diplomatiya Akademiyası gələn ildən işə başlayacaq “Məqsədimiz diplomatik xidmət üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdır ki, bu da ölkənin xarici siyasət mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb Görüşdə həmçinin qeyd olunub ki, layihənin hazırlanmasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edib

Kaynak: caliber.az

Diğer Haberler