Dünyanın ən hündür günəş elektrik stansiyası Tibet dağlarında tikiləcək
Tibet dağlarında dünyanın ən hündür günəş elektrik stansiyası tikilməyə hazırlaşır Bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi məlumat yayıb Çinin cənub-qərbindəki Xizang Muxtar Bölgəsində genişmiqyaslı təmiz enerji istehsalı layihəsinə start verilib. Stansiya Tibet dağlarında, Dangxiong qraflığında

Tibet dağlarında dünyanın ən hündür günəş elektrik stansiyası tikilməyə hazırlaşır Bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi məlumat yayıb Çinin cənub-qərbindəki Xizang Muxtar Bölgəsində genişmiqyaslı təmiz enerji istehsalı layihəsinə start verilib. Stansiya Tibet dağlarında, Dangxiong qraflığında, 4,5 min metr yüksəklikdə yerləşir. Qeyd olunur ki, dəniz səviyyəsindən təxminən 5 min metr hündürlükdə obyektin tikintisi ciddi çətinliklərlə doludur - havanın seyrəkliyi və gecə-gündüz kəskin temperatur dəyişiklikləri var Stansiya mal-qaranın otarılmasına mane olmur - günəş avadanlığı elə quraşdırılıb ki, yerli mal-qara onun altında sərbəst qala bilsin, bölgənin çobanlarının ənənəvi həyat tərzini qoruyub saxlasın


