Tenqri
Ana Səhifə
Dünya

Avropada Rusiyaya qarşı 21-ci sanksiyalar paketi təqdim olunub

Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bu barədə Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsindəki səhifəsində yazıb “Biz Rusiya neftinin qiymət tavanında müvəqqəti dondurma tətbiq

0 baxışhaqqin.az
Avropada Rusiyaya qarşı 21-ci sanksiyalar paketi təqdim olunub
Paylaş:

Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bu barədə Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsindəki səhifəsində yazıb “Biz Rusiya neftinin qiymət tavanında müvəqqəti dondurma tətbiq edəcəyik və LNG tankerlərinin Rusiyaya təkrar satışına yeni məhdudiyyətlər qoyacağıq”, o qeyd edib Kallasın sözlərinə görə, yeni sanksiyalar paketi üçüncü ölkələrdə fəaliyyət göstərən banklara, silah istehsalçılarına, neft treyderlərinə, neft emalı zavodlarına, eləcə də kriptovalyuta operatorlarına qarşı yönələcək "Bundan əlavə, Ukraynaya qarşı müharibədə iştirak etmiş keçmiş Rusiya hərbçiləri, eləcə də fəal hərbi qulluqçular və Rusiyanın proksi qruplarının üzvləri ilə bağlı viza məhdudiyyətləri tətbiq ediləcək. Yeni sanksiyalar siyahısına pilotsuz təyyarələrin istehsalı ilə bağlı 30-dan çox şirkət daxil ediləcək. Bundan əlavə, 50-dən çox şirkətə ixrac nəzarəti tətbiq olunacaq. Onların arasında Çin, Türkiyə, Qırğızıstan, Hindistan və Qırğızıstanda yerləşən müəssisələr də var" O əlavə edib ki, Rusiyanın istehsal imkanlarını azaltmaq üçün nikel tozunun, avtomobil hissələrinin, bir sıra qiymətli metalların və kimyəvi maddələrin idxalına məhdudiyyətlər tətbiq ediləcək Sanksiyalar paketinə Rusiyanın 90-a yaxın bankdakı aktivlərinin dondurulması da daxildir

Kaynak: haqqin.az

Diğer Haberler