Qara dənizdə türk balıqçı gəmisinə hücum edilib: ölənlər və yaralananlar var
Türkiyə bayrağı altında üzən Duru 67 balıqçı gəmisi Qara dənizin beynəlxalq sularında hücuma məruz qalıb Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin sahil mühafizə komandanlığı Qara dənizdə balıqçı gəmisinə hücum barədə məlumat yayıb. Zədələnmiş gəmi batdı “Burak Kaya” balıq

Türkiyə bayrağı altında üzən Duru 67 balıqçı gəmisi Qara dənizin beynəlxalq sularında hücuma məruz qalıb Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin sahil mühafizə komandanlığı Qara dənizdə balıqçı gəmisinə hücum barədə məlumat yayıb. Zədələnmiş gəmi batdı “Burak Kaya” balıqçı gəmisi Duru 67-dən 5 yaralı balıqçını təxliyə edərək İnebolu istiqamətində hərəkət edib. Lakin qurbanlardan biri onu xilas etmək üçün edilən bütün cəhdlərə baxmayaraq dünyasını dəyişib Xəbər alındıqdan sonra sahil mühafizə komandanlığı və tibb qrupları zərərçəkənlərə təcili tibbi yardım göstərmək üçün səfərbər edilib. Yaralılara ilkin tibbi yardım göstərilib Türkiyə mediası hələlik hücumun təfərrüatlarını açıqlamayıb


