Britaniya rus hakerlərinin təhlükəsi barədə xəbərdarlıq etdi
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi rusiyalı hakerlərin marşrutlaşdırıcılardakı boşluqlardan istifadə etməsi səbəbindən məlumat sızması riski ilə bağlı xəbərdarlıq edib Müvafiq xəbərdarlıq idarənin saytında yerləşdirilib Milli Kibertəhlükəsizlik Mərkəzi bildirir ki, Fancy Bear kim

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi rusiyalı hakerlərin marşrutlaşdırıcılardakı boşluqlardan istifadə etməsi səbəbindən məlumat sızması riski ilə bağlı xəbərdarlıq edib Müvafiq xəbərdarlıq idarənin saytında yerləşdirilib Milli Kibertəhlükəsizlik Mərkəzi bildirir ki, Fancy Bear kimi tanınan və Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən Rusiyanın APT28 haker qrupu nəzarəti ələ keçirmək, parolları və digər giriş məlumatlarını oğurlamaq üçün marşrutlaşdırıcılardakı boşluqlardan istifadə edir Hücumçular öz serverləri vasitəsilə trafiki yönləndirməklə Dinamik Host Konfiqurasiya Protokolu (DHCP) və Domen Adı Sistemi (DNS) parametrlərini dəyişə bilərlər. Bu onlara yoluxmuş şəbəkəyə qoşulmuş istifadəçilərdən həssas məlumatları toplamağa imkan verir Qeyd olunur ki, hakerlər xaotik hərəkət edərək əvvəlcə bir çox hədəflərə hücum edir, sonra isə onlar üçün ən dəyərli və sərfəli olanı seçirlər


