Bişkekdə “Bandit” reydi çərçivəsində 20-dən çox adam polisə aparılıb (video)
Bişkekdə “Bandit” əməliyyat-profilaktik reydi çərçivəsində 20-dən çox şəxs polisə aparılıb. Bu barədə paytaxt polis idarəsindən məlumat verilib İdarədən verilən məlumata görə, reyd ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və asayişin qorunması məqsədilə keçirilib T

Bişkekdə “Bandit” əməliyyat-profilaktik reydi çərçivəsində 20-dən çox şəxs polisə aparılıb. Bu barədə paytaxt polis idarəsindən məlumat verilib İdarədən verilən məlumata görə, reyd ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və asayişin qorunması məqsədilə keçirilib Tədbirlərin əsas məqsədi istintaqdan və məhkəmədən gizlənən şəxslərin axtarışı, qanunsuz saxlanılan odlu silah, döyüş sursatı, partlayıcı və narkotik vasitələrin müəyyən edilərək götürülməsi olub Polis həmçinin mütəşəkkil cinayətkar qrupların cinayət vəziyyətinə təsirinin qarşısının alınması istiqamətində profilaktik işlər həyata keçirib Reyd çərçivəsində polis əməkdaşları tərəfindən məqsədyönlü yoxlamalar, əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçirilib Görülən işlərin nəticələrinə əsasən 20-dən artıq şəxs cinayət və hüquqpozmalarda iştirakının araşdırılması və yoxlanılması üçün ərazi polis bölmələrinə gətirilib Baş Daxili İşlər İdarəsindən bildirilib ki, təhvil verilən şəxslər mütəşəkkil cinayətkar dəstələrin fəal üzvləri kimi daxili işlər orqanlarının əməliyyat-profilaktik reyestrindədirlər Bundan əlavə, odlu silah, döyüş sursatı, narkotik vasitələrin və digər qadağan olunmuş əşyaların qanunsuz saxlanılması faktlarının müəyyən edilməsi istiqamətində tədbirlər görülüb


