Bişkekdə Qırğızıstan-Çin Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bişkek (AKİpress) – İyunun 10-da Bişkekdə Qırğızıstan-Çin Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Seytek Jumaka

Bişkek (AKİpress) – İyunun 10-da Bişkekdə Qırğızıstan-Çin Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Seytek Jumakadyr uulu və Çin Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Long Zhou başçılıq ediblər Direktorlar viza rejiminin liberallaşdırılması, iki ölkə vətəndaşlarının və müəssisələrinin hüquq və mənafelərinin müdafiəsi, iki dövlət arasında hüquqi bazanın genişləndirilməsi perspektivlərini müzakirə ediblər Bundan başqa, məhkum olunmuş vətəndaşların ekstradisiyası məsələsi də müzakirə olunub. Qırğızıstan tərəfi əlavə yardım göstərilməsi və ÇXR ərazisində cəza çəkən Qırğızıstan vətəndaşlarının köçürülməsi ilə bağlı müraciətlərə baxılmasının sürətləndirilməsini xahiş edib


