Bişkekdə “Gecə qaçışı” baş tutub
Bişkekdə illik “Gecə qaçışı” keçirilib. Paytaxt meriyasının məlumatına görə, burada 3500 nəfər iştirak edib Tədbir iyunun 13-də baş tutub. İştirakçılar 5 və 10 kilometr məsafələrə qaçıblar. Yarışda peşəkar idmançılar, həvəskar qaçışçılar, eləcə də 14 yaşdan yuxarı sağlamlıq imkanları məhdud şəxslər

Bişkekdə illik “Gecə qaçışı” keçirilib. Paytaxt meriyasının məlumatına görə, burada 3500 nəfər iştirak edib Tədbir iyunun 13-də baş tutub. İştirakçılar 5 və 10 kilometr məsafələrə qaçıblar. Yarışda peşəkar idmançılar, həvəskar qaçışçılar, eləcə də 14 yaşdan yuxarı sağlamlıq imkanları məhdud şəxslər iştirak ediblər Açılış mərasimində Bişkek merinin müavini Viktoriya Mozqaçeva iştirak edib. O, iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, meriya sağlam həyat tərzinin təbliği və həvəskar idmanın inkişafına yönəlmiş kütləvi idman tədbirlərinə dəstək verir Yarışın nəticələrinə əsasən hər iki məsafədə kişilər və qadınlar arasında ümumi qaliblər və ikincilər medal və sertifikatlarla təltif olunublar Meriya qeyd edib ki, yarış gün batdıqdan sonra baş tutub. Trekdə parlaq işıqlandırma olub, musiqi səslənib, tamaşaçılar iştirakçılara dəstək olublar


