Bişkekdə tikilməkdə olan yaşayış kompleksində yanğın baş verib (video)
Bişkekdə Mayram küçəsi, 62 ünvanında tikinti sahəsində yanğın baş verib. İlkin məlumata görə, yanğın tikilməkdə olan yaşayış kompleksinin damında başlayıb. Bu barədə Tikinti Nazirliyindən məlumat verilib Hadisə bu gün, iyunun 16-da 3-4 mərtəbəli yaşayış kompleksində baş verib Hadisədən sonra Tikin

Bişkekdə Mayram küçəsi, 62 ünvanında tikinti sahəsində yanğın baş verib. İlkin məlumata görə, yanğın tikilməkdə olan yaşayış kompleksinin damında başlayıb. Bu barədə Tikinti Nazirliyindən məlumat verilib Hadisə bu gün, iyunun 16-da 3-4 mərtəbəli yaşayış kompleksində baş verib Hadisədən sonra Tikinti Nazirliyi yanında Dövlət Memarlıq və Tikinti Nəzarəti Departamentinin Bişkek şöbəsinin müfəttişləri hadisə yerində baxış keçirib Onun nəticələrinə əsasən “Atriy” MMC-yə yazılı xəbərdarlıq edilib. Podratçıdan tikinti normalarına, təhlükəsizlik qaydalarına, yanğın təhlükəsizliyinə və əməyin mühafizəsinə riayət olunmasını təmin etmək tələb olunur Hazırda yanğının ərazisi və hadisənin nəticələri müəyyənləşdirilir. Obyektin texniki vəziyyətinin qiymətləndirilməsi üçün podratçıya mühəndis-texniki ekspertiza keçirmək və səlahiyyətli orqanların rəylərini təqdim etmək tapşırılıb Tikinti Nazirliyi tikinti obyektlərində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti davam etdirdiklərini qeyd edib


