Biləsuvarda WUF13-ə həsr olunmuş tədbir keçirilib
Biləsuvarda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına həsr olunmuş tədbir keçirilib “Report”un Muğan bürosunun məlumatına görə, tədbir Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksinin birgə təş

Biləsuvarda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına həsr olunmuş tədbir keçirilib “Report”un Muğan bürosunun məlumatına görə, tədbir Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub Tədbirdə çıxış edənlər WUF13 kimi mühüm tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu, ilk növbədə, ölkənin şəhərsalmada müasir standartlara söykəndiyinin göstəricisidir Bildirilib ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı” şəhər və kəndlər layihələri bu sahədə innovativ yanaşmanın bariz nümunəsidir Bu mühüm forumun Bakıda keçirilməsi respublikanın artan beynəlxalq nüfuzunun daha bir təsdiqi ilə yanaşı, yerli mütəxəssislər üçün qlobal təcrübədən istifadə etmək üçün yeni imkanlar açacaqdır. Bu məqsədlə Biləsuvar rayonunda keçirilən görüş gənc nəslin memarlıq və şəhərsalma sahəsində maarifləndirilməsinə, eləcə də regionlarımızın davamlı inkişaf perspektivlərinin müzakirəsinə böyük töhfə verir


