Bakıda “Hamı üçün üzgüçülük” layihəsinin final mərhələsinə start verilib. - FOTO
Bakı Su İdmanı Sarayında üzv dövlətlərin nümayəndələrinin və Türk Dövlətləri Təşkilatının müşahidəçilərinin iştirak etdiyi “Hamı üçün üzgüçülük” layihəsinin final mərhələsinə start verilib Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçü

Bakı Su İdmanı Sarayında üzv dövlətlərin nümayəndələrinin və Türk Dövlətləri Təşkilatının müşahidəçilərinin iştirak etdiyi “Hamı üçün üzgüçülük” layihəsinin final mərhələsinə start verilib Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər rəsmi şəxslər iştirak ediblər Tədbirdə çıxış edən Fərid Qaibov yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlu çıxışlar arzulayıb “Hamı üçün üzgüçülük” layihəsi üzgüçülüyün və sağlam həyat tərzinin təbliği, iştirakçılar arasında yeni əlaqələrin inkişaf etdirilməsi, o cümlədən türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi məqsədi daşıyır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

