Bakıda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş qala-ədəbi-bədii gecə keçirilib - FOTO
Day.Az Trend Life-a istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında görkəmli Azərbaycan şairi, dramaturqu, ictimai xadim, akademik və xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş qala-ədəbi-bədii gecə keçirilib Səməd Vurğun) XX əsr Azərbaycan ədəbiyyatı tarixində xüsusi y

Day.Az Trend Life-a istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında görkəmli Azərbaycan şairi, dramaturqu, ictimai xadim, akademik və xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş qala-ədəbi-bədii gecə keçirilib Səməd Vurğun) XX əsr Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutur. O, müasir Azərbaycan poeziyasının banilərindən biri, məşhur “Azərbaycan”, “Bakı” poemasının, “Vaqif”, “Fərhad və Şirin” və s. dramatik əsərlərin, eləcə də dünya klassiklərinin çoxsaylı tərcümələrinin müəllifi kimi tarixə düşüb. Onun yaradıcılığı Vətənə, ana dilinə, milli dəyərlərə məhəbbət rəmzinə çevrilib. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil edilib Tədbir şairin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə baş tutub Gecəni giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Rzayev qeyd edib ki, Səməd Vurğunun yaradıcılığı bu gün də müxtəlif nəsillərin nümayəndələrini Vətəni, doğma torpağı, Azərbaycan dilini sevməyə ruhlandırır "Biz hələ məktəb illərindən "Azərbaycan” poemasını əzbər bilirik. Poeziyamızda belə geniş tanınacaq, xalq tərəfindən sevilən başqa əsər tapmaq çətindir. Səməd Vurğun xalqın qəlbində yaşayır və həmişə yaşayacaq", - Anar Rzayev vurğulayıb Gecənin bədii hissəsində incəsənət ustaları Səməd Vurğunun şeir və poemasından parçalar təqdim edib, həmçinin onun şeirlərinə yazılmış mahnıları ifa ediblər. Tamaşaçılara şairin həyat və yaradıcılıq yolundan bəhs edən arxiv videomaterialları nümayiş etdirilib Ssenarisini Xalq Artisti Mehriban Zəki və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, gecənin rejissoru isə Mehriban Zəkidir. Layihənin məsləhətçiləri Aslan Salmansoy, Aygün Bağırlı və Vurğun Vəkilov idi Konsert proqramında xalq artistləri Eldost Bayram və Mehriban Zəki, əməkdar artistlər Elşən Rüstəmov, Xəcər Ağayeva, Afaq Abasova, Arzu Əliyeva, eləcə də Günəş Tegin-Mehtizadə, Vüqar Hacıyev, Səmimi Fərhad, Səbirə Rüstəmli, İbrahim Çingiz, Türkay Rüstəmli, İsmail Çingiz, Türkay Rüstəmli, İsmail Qərliyev, Nanə Davudtə iştirak ediblər. Qaçayev, aşıq Samir Cəlaloğlu, pianoçu Vurğun Vəkilov və bədii ifadə ustadı Xəzər Süleymanlı Mustafa Mehmandarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Təranə Yusifovanın rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin xorunun çıxışları gecənin xüsusi diqqət mərkəzində olub Yubiley gecəsi yaradıcılığı bir əsrdən artıq Azərbaycan mədəniyyət kodunun ayrılmaz hissəsi kimi qalan və yeni nəsil oxucuların qəlbində əks-səda verməkdə davam edən böyük söz ustadına ehtiram idi Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


