Bakıda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq adına yaşanan ömür” adlı tədbir keçirilib “Report”un məlumatına görə, tədbirdə dövlət rəsmiləri, deputatlar, mədəniyyət və

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq adına yaşanan ömür” adlı tədbir keçirilib “Report”un məlumatına görə, tədbirdə dövlət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və həmkarlar ittifaqı üzvləri iştirak ediblər Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı; toplaşanlar ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər Sonra ulu öndərin keçdiyi həyat yolunu, müasir Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərini əks etdirən film nümayiş etdirilib Tədbirdə Azərbaycan xalqını çətin sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edən müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkənin davamlı inkişafı və tərəqqisi üçün möhkəm zəmin yaratdığı və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğinə verdiyi mühüm töhfələr vurğulanıb, ümummilli liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb Tədbir konsert proqramı ilə davam edib

