Tenqri
Ana Səhifə
İqtisadiyyat

UTC-yə üzv ölkələrin mərkəzi banklarının rəhbərləri Bakıda bir araya gələcək

İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurasının növbəti iclası keçiriləcək Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir Məlumata görə, tədbirlə əlaqədar Şuraya üzv olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin mə

0 baxışday.az
UTC-yə üzv ölkələrin mərkəzi banklarının rəhbərləri Bakıda bir araya gələcək
Paylaş:

İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurasının növbəti iclası keçiriləcək Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir Məlumata görə, tədbirlə əlaqədar Şuraya üzv olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin mərkəzi banklarının rəhbərləri Azərbaycana gələcək. Macarıstan və Şimali Kiprin mərkəzi banklarının nümayəndələrinin də müşahidəçi qismində iştirakı gözlənilir. İclasda UTC-nin baş katibinin də iştirakı nəzərdə tutulur İclas qlobal çağırışlar şəraitində makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, pul siyasətinin ötürülməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı ilə bağlı çağırışlar və yeni imkanların müzakirəsi üçün səmərəli platforma olacaq Tədbirdə “Ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı mübarizə üçün mərkəzi bankların monetar və maliyyə tədbirləri” və “Rəqəmsal maliyyə ekosistemlərinin, o cümlədən maliyyə texnologiyalarının inkişafı” mövzularında təqdimatlar və müzakirələr aparılacaq Xatırladaq ki, 2024-cü ildə yaradılmış Şuranın ilk iclası ötən il Astanada keçirilib. Məsləhətçi funksiyaları yerinə yetirən Şuranın əsas məqsədi pul siyasəti, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı gücləndirmək, habelə birgə məsləhətləşmələr və tədqiqat fəaliyyətlərini təşviq etməkdir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler