Bakıda II Xəzər Nəqliyyat Forumu keçirilir
Bakıda TransLogistica Caspian sərgisi çərçivəsində “Nəqliyyat, tranzit və logistika” mövzusunda II Xəzər Beynəlxalq Forumu keçirilir Day.Az Trend-ə istinadən bildirir ki, forum iştirakçıları nəqliyyat və logistika zəncirlərinin rəqəmsallaşdırılması, innovativ həllərin tətbiqi, beynəlxalq nəqliyyat

Bakıda TransLogistica Caspian sərgisi çərçivəsində “Nəqliyyat, tranzit və logistika” mövzusunda II Xəzər Beynəlxalq Forumu keçirilir Day.Az Trend-ə istinadən bildirir ki, forum iştirakçıları nəqliyyat və logistika zəncirlərinin rəqəmsallaşdırılması, innovativ həllərin tətbiqi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regionun tranzit potensialının gücləndirilməsi məsələlərini müzakirə edəcəklər Tədbirdə Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, logistikada rəqəmsal platformalardan istifadə, gömrük və nəqliyyat proseslərinin təkmilləşdirilməsi, habelə beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması məsələləri müzakirə olunur Forumda dövlət qurumlarının, beynəlxalq nəqliyyat təşkilatlarının, logistika şirkətlərinin və sənaye assosiasiyalarının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə və digər ölkələrin nəqliyyat və logistika sektorunun menecerləri və ekspertləri çıxış edəcəklər Müzakirələr nəticəsində nəqliyyat əlaqələrinin inkişafına, logistikanın rəqəmsal transformasiyasına və Xəzər regionunun beynəlxalq təchizat zəncirlərində rolunun gücləndirilməsinə yönəlmiş təklif və tövsiyələrin hazırlanacağı gözlənilir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


