Bakıda daun sindromlu gəncləri işlə təmin edəcək restoran açılıb - foto; video
Mayın 7-də Bakıda “Daun Burger Baku” restoranı açılıb. Nizami küçəsində sahibkar Elyar Qasımovun təşəbbüsü ilə yaradılan yeni fast food restoranı fəaliyyətə başlayıb. Təntənəli açılış çərçivəsində daun sindromlu gənclərə dəstək məqsədilə mühüm addım atılıb Restoranın fəaliyyətə başlamasını qeyd etm

Mayın 7-də Bakıda “Daun Burger Baku” restoranı açılıb. Nizami küçəsində sahibkar Elyar Qasımovun təşəbbüsü ilə yaradılan yeni fast food restoranı fəaliyyətə başlayıb. Təntənəli açılış çərçivəsində daun sindromlu gənclərə dəstək məqsədilə mühüm addım atılıb Restoranın fəaliyyətə başlamasını qeyd etmək üçün 20 daun sindromlu gənc rəsmən işə götürülərək komandaya qoşulub. Onlardan biri müdir təyin edilib. Tədbirdə çoxlu daun sindromlu gənclər və onların ailə üzvləri iştirak edib Layihənin əsas məqsədi Daun sindromlu insanların cəmiyyətin tam hüquqlu və dəyərli bir hissəsi olduğunu, onlara yaradılan imkanların yeni nailiyyətlərə yol açdığını göstərməkdir. Daun Burger Baku sosial inklüzivliyi, bərabər imkanları və vətəndaş iştirakını dəstəkləyən nümunəvi inklüziv layihə olmaq niyyətindədir pic.twitter.com/bxls1S7Sui

