Sabiq dövlət məmuru Bakıda məhkəmə qarşısına çıxarılacaq
Nizami Rayon Məhkəməsində Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birlikdə həbs edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlakının İdarə Edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası ke

Nizami Rayon Məhkəməsində Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birlikdə həbs edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlakının İdarə Edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib haqqin.az xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib. Cinayət işinin məhkəməyə verilməsinə qərar verilib. Məhkəmə baxışı iyunun 23-nə təyin edilib Qeyd edək ki, Zülfüqar Mansurov 2025-ci ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs edilib Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, RİH Aparatının rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, icra hakimiyyətinin əməkdaşları, habelə rayon icra hakimiyyətinin nəzarət şöbəsinin müdiri Rəşad Şamsəliyev və o cümlədən rayon icra hakimiyyətinin nəzarət şöbəsinin müdiri Rəşad Nadirəliyevin cinayət törətmələri barədə əsaslı şübhələr müəyyən edilib. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə görə, Zülfüqar Mansurov cinayət əlaqəsinə girərək, Bakı şəhəri Qaradağ rayonu ərazisində torpaq sahələrinin dövlət qeydiyyatına alınmasına və sonradan onlara mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi üçün fiziki şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb Qeyd edək ki, Qafar Abdullayev, Rəşad Nadirli və İsa Şəmsəliyevin cinayət işi ayrı-ayrılıqda icraata keçirilib və baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir - təsir alveri) maddəsi ilə ittiham olunublar. Onu da qeyd edək ki, bir neçə gün əvvəl Zülfüqar Mansurov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib


