Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda sosial şəbəkələr vasitəsilə pul oğurlamaq sxemi müəyyən edilib - VİDEO

Sosial şəbəkələrdə bank və kredit təşkilatlarını imitasiya edən saxta səhifələr vasitəsilə dələduzların qurbanına çevrildikləri, nəticədə onların bank kartlarından pulların oğurlanması barədə məlumat verən vətəndaşlar Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edi

0 baxışday.az
Azərbaycanda sosial şəbəkələr vasitəsilə pul oğurlamaq sxemi müəyyən edilib - VİDEO
Paylaş:

Sosial şəbəkələrdə bank və kredit təşkilatlarını imitasiya edən saxta səhifələr vasitəsilə dələduzların qurbanına çevrildikləri, nəticədə onların bank kartlarından pulların oğurlanması barədə məlumat verən vətəndaşlar Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edib Day.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kiberpolis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən daha iki nəfər - 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar İstintaq müəyyən edib ki, onlar sosial şəbəkələrdə müxtəlif bankların və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta profillər yaradaraq, vətəndaşlara “aşağı faizli kreditlər”, “sürətli kreditlər”, “zəmanətsiz kreditlər” təklif ediblər Zərərçəkənlər hücum edənlərin göndərdiyi linklər vasitəsilə bank kartı nömrələrini, CVV kodlarını və birdəfəlik OTP kodlarını daxil etdikdən sonra bu məlumatlar birbaşa şübhəlilərin nəzarətinə keçib. Nəticədə onlar hesablara icazəsiz daxil olub, müxtəlif bank kartlarına pul köçürüb və sonradan nağdlaşdırıblar Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. Eynulla Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib; Cəfər Bayramzadə ilə bağlı istintaq hərəkətləri davam etdirilir “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kreditlər və digər maliyyə xidmətlərinin alınması zamanı yalnız rəsmi və lisenziyalı platformalardan istifadə etməli, bank kartı məlumatlarını naməlum keçidlər vasitəsilə ötürməməli, şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler