Azərbaycanda yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yağıntılı olacağı gözlənilir Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntı yarımadanın bəzi yerlərində intensiv olacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək Ha

Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yağıntılı olacağı gözlənilir Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntı yarımadanın bəzi yerlərində intensiv olacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-55 faiz təşkil edəcək Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi üstünlük təşkil edəcək Havanın temperaturunun gecə 10-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-20° isti olacağı gözlənilir


