Azərbaycanda yağış və qar gözlənilir
Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Kalibre.Az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, səhər şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq Hav

Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Kalibre.Az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, səhər şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Havanın nisbi rütubəti gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimal və şərq rayonlarında yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman ola bilər. Mülayim şərq küləyi üstünlük təşkil edəcək Havanın temperaturunun gecə 10-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir


