Azərbaycanda israilli həkimlər mükafatlandırılıb - FOTO
Azərbaycan Səhiyyə Nazirliyində Soroka Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin müdiri Dr.Mikki Gideona “Səhiyyə əlaçısı” döş nişanının təqdim edilməsi mərasimi keçirilib Day.Az bu barədə idarəyə istinadən xəbər verir Həmçinin layihənin ölkəmizdə uğurla həyata keçirilməsinə, uzun illər səmə

Azərbaycan Səhiyyə Nazirliyində Soroka Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin müdiri Dr.Mikki Gideona “Səhiyyə əlaçısı” döş nişanının təqdim edilməsi mərasimi keçirilib Day.Az bu barədə idarəyə istinadən xəbər verir Həmçinin layihənin ölkəmizdə uğurla həyata keçirilməsinə, uzun illər səmərəli fəaliyyətinə və tibb sahəsində Azərbaycan-İsrail əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə “Azərbaycanda İsrail Pediatriya Həftəsi” layihəsinin təsisçisi Elana Kantor Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın son illər uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkənin tibb müəssisələri və mütəxəssisləri arasında təcrübə mübadiləsi, elmi-praktik əməkdaşlıq, eləcə də kadr hazırlığı sahəsində həyata keçirilən layihələr səhiyyə sisteminin inkişafına mühüm töhfə verir Səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edib, təltif olunanları təbrik edib, onlara peşə fəaliyyətlərində gələcək uğurlar arzulayıb. O qeyd edib ki, səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın səhiyyə sisteminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir Öz növbəsində doktor Mikki Gideon və Elana Kantor göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildiriblər və Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səy göstərəcəklərini vurğulayıblar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


