Həştərxanda Heydər Əliyevin 103 illik yubileyi qeyd olunub - FOTO
Rusiyanın Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib “Report”un məlumatına görə, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə keçirilən tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin

Rusiyanın Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib “Report”un məlumatına görə, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə keçirilən tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Arzu Nağıyev və Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev iştirak ediblər Mayın 7-də nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli məktəbdə olmuş, ulu öndərin büstü önünə gül dəstələri qoymuşlar Daha sonra Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan regional bölməsinin və diasporun nümayəndələri, habelə Həştərxan vilayəti hökumətinin nümayəndələri ilə görüş keçirilib Görüşlərdə Azərbaycanın Vətən müharibəsində qələbəsi, ölkənin inkişafı və Qarabağda aparılan bərpa işləri, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, birgə sosial layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub Tədbirlər çərçivəsində nümayəndə heyəti Həştərxan şəhərindəki Heydər Əliyev meydanında ulu öndərin abidəsini də ziyarət edib, önünə gül dəstələri düzüb, ağacəkmədə iştirak ediblər. Onlar İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Kütləvi məzarlıq”ı və “Əbədi məşəl” abidəsini də ziyarət ediblər

