Astarada narkotik plantasiyası aşkar edilib - VİDEO
Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası faktlarının müəyyən edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan Day.Az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyini

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası faktlarının müəyyən edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan Day.Az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli strukturlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hırkan Milli Parkının meşə zolağında mürəkkəb relyefli narkotik plantasiyası aşkar edilib Keçirilən tədbirlər nəticəsində bu ərazidən aşkar edilmiş 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilib xüsusi olaraq yetişdirilməsi müəyyən edilib. O, polis tərəfindən saxlanılıb Faktla bağlı Astara rayon polis şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib İstintaq davam edir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


