Astanada Azərbaycanın milli bayramları qeyd olunub - FOTO
Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib Day.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, iki ölkə arasında ticarət d

Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib Day.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Son 5 ildə Azərbaycan prezidenti Qazaxıstana 8, Qazaxıstan prezidenti isə 6 dəfə Azərbaycana səfər edib. Bu il Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu illər ərzində iki ölkənin baş nazirləri 8, xarici işlər nazirləri 7 qarşılıqlı səfərlər həyata keçirib O, həmçinin bildirib ki, son 4 ildə ölkələr arasında 64 sənəd imzalanıb, imzalanmış sənədlərin ümumi sayı isə 190-a çatıb. Azərbaycan-Qazaxıstan Birgə İnvestisiya Fondu yaradılıb, bir neçə layihə artıq inkişaf mərhələsindədir. Orta dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb - marşrut daxilində daşınmalar 15-18 gündür "Qazaxıstan və Azərbaycanı təkcə tarixi qardaşlıq deyil, həm də Avropa ilə Asiyanı birləşdirən ümumi strateji maraqlar birləşdirir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir", - diplomat vurğulayıb Turizm sektoruna gəlincə, A.Atamoglanov qeyd edib ki, ötən il Qazaxıstandan Azərbaycana gələnlərin sayı 104 min nəfərə çatıb: bu, 2021-ci illə müqayisədə 15 dəfə çoxdur: “Azərbaycan qazaxıstanlı turistlər üçün ən populyar turizm məkanlarından birinə çevrilib” Ötən ilin statistik məlumatlarına əsasən, Qazaxıstanın ali məktəblərində 346 Azərbaycan vətəndaşı, Azərbaycanın ali məktəblərində isə 180 Qazaxıstan vətəndaşı təhsil alır Qəbulda çıxış edən Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də Azərbaycanı milli bayramlar münasibətilə təbrik edib, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb "Qazaxıstan Azərbaycana Cənubi Qafqaz regionunda mühüm və etibarlı tərəfdaş kimi baxır. Astana və Bakını təkcə tarixi qardaşlıq deyil, həm də Avropa ilə Asiyanı birləşdirən ümumi strateji maraqlar birləşdirir" “Qazaxıstan və Azərbaycan bu gün beynəlxalq yükdaşımaları üçün əsas marşrutlardan birinə çevrilən Orta Dəhliz çərçivəsində sıx tərəfdaşlıq əlaqələri qurublar”, - deyə nazir əlavə edib Tədbirin rəsmi hissəsinin sonunda zəngin mədəni proqram baş tutub Qonaqlara Qazaxıstanın Əməkdar Xadimi, Abay adına Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti Oleq Tatamirov və azərbaycanlı tara ifaçısı Sadiq Namazov çıxış ediblər “Qədir” rəqs qrupu Azərbaycan xalq rəqslərini ifa edib. Qonaqlara həmçinin ikitərəfli münasibətlərin tarixindən və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

