Aşqabadda Səməd Vurğunun xatirəsi anılıb - FOTO
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Universitetində görkəmli söz ustadı, dramaturq, ictimai xadim, akademik, SSRİ Dövlət mükafatları laureatı, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib Mədəniyyət Nazirliyindən Day.Az-a verilən

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Universitetində görkəmli söz ustadı, dramaturq, ictimai xadim, akademik, SSRİ Dövlət mükafatları laureatı, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib Mədəniyyət Nazirliyindən Day.Az-a verilən məlumata görə, tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər Tədbirin moderatoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi İlqar Fəxmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. O, Səməd Vurğunun bənzərsiz yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfə verdiyini qeyd edib Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğun və türk dünyası” mövzusunda məruzəsi dinlənilib Vurğulanıb ki, Azərbaycan ədəbi fikrin salnaməsində xüsusi yer tutan Səməd Vurğunun çoxşaxəli yaradıcılığının əsasında azərbaycançılıq ideyası dayanır. Böyük söz ustadı doğma dilinin saflığı uğrunda yorulmadan mübarizə aparmış və xalq yaradıcılığının tükənməz xəzinəsindən ilham alaraq bu dilin semantik çalarlarının bütün gözəlliyini əks etdirən dərin ümumbəşəri və ictimai məzmunlu qiymətli əsərlər yaratmışdır Qeyd olunub ki, S.Vurğun yaradıcılığında keçmişə hörmət, gələcəyə inam xüsusi yer tutur. Yazıçının əsərləri türk cümhuriyyətlərində böyük rəğbətlə qarşılanmış, pyesləri uğurla tamaşaya qoyulmuşdur. S.Vurğun dramaturgiyası Azərbaycan teatr sənəti tarixində parlaq səhifə təşkil edir Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov “Səməd Vurğun yaradıcılığında vətən mövzusu” mövzusunda məruzəsində qeyd edib ki, xalq şairinin ədəbi irsi əsasən doğma yurdu tərənnüm etməkdən ibarətdir. Söz ustadının əsərləri bu gün də insanı Vətəni sevməyə sövq edir “Azərbaycan-türkmən ədəbi əlaqələrinin inkişafı, ədəbi mübadilə” mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tairov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını qeyd edib Tədbirdə oxucu Hüseynağa Aslanov şairin poetik irsindən nümunələr söylədi Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


