Argentinada ABŞ Açıq çempionu Del Potronun mükafatları oğurlanıb
Argentinanın Tandil şəhərində naməlum şəxslər US Open qalibi və ikiqat Olimpiya mükafatçısı Xuan Martin Del Potronun evinə daxil olub Bu barədə TyC Sports portalı məlumat yayıb Hadisə mayın 15-i cümə günü, malikanədə heç kimin olmadığı bir vaxtda baş verib. Oğrular pəncərəni sındıraraq, keçmiş te

Argentinanın Tandil şəhərində naməlum şəxslər US Open qalibi və ikiqat Olimpiya mükafatçısı Xuan Martin Del Potronun evinə daxil olub Bu barədə TyC Sports portalı məlumat yayıb Hadisə mayın 15-i cümə günü, malikanədə heç kimin olmadığı bir vaxtda baş verib. Oğrular pəncərəni sındıraraq, keçmiş tennisçinin idman karyerası ilə bağlı kuboklar, medallar və xatirə əşyaları da daxil olmaqla bir çox qiymətli əşyaları oğurlayıblar İstintaq hesab edir ki, hücum əvvəlcədən planlaşdırıla bilərdi: yəqin ki, cinayətkarların ev və onun sahiblərinin vərdişləri haqqında məlumatı olub. Soyğunçuların şəxsiyyəti hələlik müəyyən edilməyib, oğurlanmış əmlak tapılmayıb


