Tenqri
Ana Səhifə
Dünya

Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Ankaradakı Heydər Əliyev Liseyində ulu öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib “Report”un məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyədən diplomatlar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, o cümlədən məktəbin müəllim və şagirdləri iştirak ediblər Məktəbin

0 baxışcaliber.az
Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Paylaş:

Ankaradakı Heydər Əliyev Liseyində ulu öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib “Report”un məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyədən diplomatlar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, o cümlədən məktəbin müəllim və şagirdləri iştirak ediblər Məktəbin direktoru Əhməd Sürəzli Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında, o cümlədən ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində xidmətlərini qeyd etdi Onun sözlərinə görə, Heydər Əliyevin qoyduğu prinsiplər bu gün Azərbaycan-Türkiyə qardaşlığının əsasını təşkil edir və iki ölkə arasındakı əlaqələr bütün türk dünyası üçün nümunəyə çevrilib Yenimahalle rayon təhsil şöbəsinin müdiri Ərhan Pelitoğlu bildirib ki, Heydər Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirirdi. O, “Bir millət - iki dövlət” ifadəsini xatırladaraq, Heydər Əliyevin səyləri nəticəsində türk dünyasının Orta Asiyaya qədər uzanan əlaqələrinin ortaq sivilizasiyanın ən mühüm irslərindən birinə çevrildiyini vurğulayıb Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova qeyd edib ki, iqtisadi və texnoloji imkanların məhdud olduğu çətin dövrlərdə də Heydər Əliyev savadlı və istedadlı gənclərin təhsilinə böyük önəm verirdi Onun sözlərinə görə, bu gənclərin çoxu sonralar müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr veriblər. O, həmçinin vurğulayıb ki, Heydər Əliyevin qardaş ölkə kimi Türkiyəyə münasibəti bu gün də Azərbaycanın siyasətində öz əksini tapmaqdadır Tədbirin sonunda məktəb şagirdləri Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii proqram təqdim etdilər

Kaynak: caliber.az

Diğer Haberler