Tenqri
Ana Səhifə
Dünya

Rusiya hava limanlarında reaktiv yanacaqla bağlı məhdudiyyətlər tətbiq edilir

Rusiya hava limanları təyyarələrin yanacaq doldurmasına məhdudiyyətlər barədə xəbərdarlıq etməyə başlayıb. İyunun 12-də ixtisaslaşmış Telegram kanalı “Aviation Mezzanine” xəbər verir ki, Mahaçqala, Mineralnıye Vodı, Krasnodar, Həştərxan və Nijni Novqorod hava limanları uçuş heyətlərinə müvafiq bildi

0 baxışhaqqin.az
Rusiya hava limanlarında reaktiv yanacaqla bağlı məhdudiyyətlər tətbiq edilir
Paylaş:

Rusiya hava limanları təyyarələrin yanacaq doldurmasına məhdudiyyətlər barədə xəbərdarlıq etməyə başlayıb. İyunun 12-də ixtisaslaşmış Telegram kanalı “Aviation Mezzanine” xəbər verir ki, Mahaçqala, Mineralnıye Vodı, Krasnodar, Həştərxan və Nijni Novqorod hava limanları uçuş heyətlərinə müvafiq bildirişlər verib Bildirişlərdə hava gəmilərinə uçuş planında nəzərdə tutulmuş həcmdə yanacaq doldurulacağı və ya yanacaqdoldurma həcminin tələb olunan miqdardan artıq olmayacağı göstərilir. Aviation Mezzanine qeyd etdiyi kimi, uçuş planına uyğun olaraq uçuşun həyata keçirilməsi üçün tələb olunan həcmə məcburi ehtiyatlar daxildir Məhdudiyyətlər uçuş təhlükəsizliyinin azalması demək deyil, "lakin bu, ölkə daxilində aviasiya yanacağının mövcudluğunun azalmasının dolayı siqnalı ola bilər", - nəşr qeyd edir İyunun əvvəlində Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin neft emalı zavodlarına və digər enerji infrastrukturlarına hücumları fonunda noyabrın 30-dək təyyarə yanacağının ixracına qadağa qoyub

Kaynak: haqqin.az

Diğer Haberler