Özbəkistan mediası WUF13
Azərbaycanda Ümumdünya Şəhər Forumunun (WUF13) qarşıdan gələn 13-cü sessiyası xarici medianın, xüsusən də Özbəkistan nəşrlərinin diqqət mərkəzindədir “Report”un xəbərinə görə, forumla bağlı materialları Özbəkistan dövlət informasiya agentliyi Uza.uz və Zamon.uz xəbər portalı yayıb Nəşrlərdə Azər

Azərbaycanda Ümumdünya Şəhər Forumunun (WUF13) qarşıdan gələn 13-cü sessiyası xarici medianın, xüsusən də Özbəkistan nəşrlərinin diqqət mərkəzindədir “Report”un xəbərinə görə, forumla bağlı materialları Özbəkistan dövlət informasiya agentliyi Uza.uz və Zamon.uz xəbər portalı yayıb Nəşrlərdə Azərbaycanın qlobal urbanizasiya proseslərində artan rolu vurğulanır. Qeyd olunur ki, Bakı artıq təkcə regional deyil, həm də şəhər inkişafı və davamlı inkişaf məsələlərinin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib Materiallarda “İslahat” Gəncləri İctimai Birliyinin sədri Fərid Şahbazlının şərhləri də geniş yer alır. Bildirib ki, WUF13 Azərbaycanın müasir şəhər baxışını və onun inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm qlobal platformadır F.Şahbazlı qeyd edib ki, forum çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması layihələri xüsusi diqqəti cəlb edir. Onun sözlərinə görə, burada tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” anlayışları, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və müasir nəqliyyat infrastrukturu Azərbaycanın yeni şəhər modelinin əsasını təşkil edir O, bu modelin təkcə infrastruktur inkişafı ilə məhdudlaşmadığını, sosial inklüzivlik, milli memarlıq irsinin qorunması və ekoloji tarazlıq prinsiplərinə əsaslandığını vurğulayıb Bəyanatda həmçinin qeyd olunur ki, Bakıda keçirilən forum Azərbaycanın artan beynəlxalq nüfuzunu nümayiş etdirir və ölkənin “insan mərkəzli şəhər” konsepsiyasını qlobal səviyyəyə çatdırır, gələcək şəhərlərə yeni baxış formalaşdırır Ümumiyyətlə, Özbəkistan KİV-i Azərbaycan və Özbəkistan arasında şəhərsalma, memarlıq və regional inkişaf sahələrində əməkdaşlığın son illər nəzərəçarpacaq dərəcədə gücləndiyini vurğulayır. Azərbaycanın münaqişədən sonrakı ərazilərin bərpası təcrübəsi xüsusi maraq doğurur Qeyd olunur ki, WUF13 təkcə qlobal dialoq platforması deyil, həm də türk dünyası ölkələri arasında yeni şəhər əməkdaşlığı modelinin formalaşmasında mühüm amildir


