Siyahıyaalmadan sonra Özbəkistan əhalisinin sayı açıqlanıb
Siyahıyaalmanın nəticələrinə görə, Özbəkistanın əhalisi 39 milyonu ötüb. Bu barədə Statistika Komitəsi məlumat yayıb Hazırda əhalinin və kənd təsərrüfatı siyahıyaalmasının ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilir. Mətbuat konfransında bildirilib ki, siyahıyaalmanın ilkin nəticələ

Siyahıyaalmanın nəticələrinə görə, Özbəkistanın əhalisi 39 milyonu ötüb. Bu barədə Statistika Komitəsi məlumat yayıb Hazırda əhalinin və kənd təsərrüfatı siyahıyaalmasının ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilir. Mətbuat konfransında bildirilib ki, siyahıyaalmanın ilkin nəticələrinə görə, Özbəkistanın əhalisi 39 milyon 47 min 321 nəfərdir "Mövcud statistik hesablamalara görə, bu rəqəm 38 236 704 nəfər olub. Fərq 810 600 nəfər təşkil edib", - məlumatda deyilir 1989-cu ilin siyahıyaalınmasının nəticələri ilə müqayisədə əhalinin iki dəfə artdığı da açıqlanıb Mətbuat konfransında bildirilib ki, siyahıyaalma ilə ümumi əhalinin 97,3 faizi əhatə olunub. Əhalinin daha 2,7%-i isə müxtəlif səbəblərdən siyahıyaalma prosesində iştirak etməyib Vurğulanıb ki, bu rəqəm beynəlxalq standartlarda normal hesab olunur. Bəzi ölkələrin təcrübəsində siyahıyaalma zamanı əhatə olunmayan əhalinin xüsusi çəkisi 10%-ə və daha çoxa çatmışdır Bundan əvvəl Özbəkistanda əhalinin ən çox yaşadığı rayon və şəhərlərin reytinqinin açıqlandığı bildirilirdi


