Tenqri
Ana Səhifə
İqtisadiyyat

Özbəkistan 2030-cu ilə qədər istehsal kompleksində bərpa olunan enerji payının 54%-ni hədəfləyir

BAKI, Azərbaycan, 5 iyun. Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisi istehsalının ümumi tərkibində bərpa olunan enerji mənbələrinin (RES) payını 54 faizə çatdırmağı, kumulyativ istehsalı isə 120 milyard kilovat-saata çatdırmağı planlaşdırır O qeyd edib ki, iri investisiya layihələrinin həyata

0 baxıştrend.az
Özbəkistan 2030-cu ilə qədər istehsal kompleksində bərpa olunan enerji payının 54%-ni hədəfləyir
Paylaş:

BAKI, Azərbaycan, 5 iyun. Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisi istehsalının ümumi tərkibində bərpa olunan enerji mənbələrinin (RES) payını 54 faizə çatdırmağı, kumulyativ istehsalı isə 120 milyard kilovat-saata çatdırmağı planlaşdırır O qeyd edib ki, iri investisiya layihələrinin həyata keçirilməsi nəticəsində respublika artıq elektrik enerjisi istehsalını 1,5 dəfə - əvvəlki 58 milyard kilovat-saatdan indiki 87 milyard kilovat-saatadək artırıb Cizzax regionunda ölkənin ilk inteqrasiya olunmuş atom elektrik stansiyasının istifadəyə verilməsi uzunmüddətli texnoloji inkişafın və milli enerji balansının şaxələndirilməsinin həlledici elementinə çevriləcək. Özbəkistan Prezidenti xatırladıb ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və MAQATE-nin baş direktoru Rafael Qrossi ilə birlikdə AES-in tikinti meydançasında ilk beton tökmə mərasimində iştirak edib ​"Bizim üçün bu, uzunmüddətli inkişaf, yeni mühəndislik məktəbinin hazırlanması və qabaqcıl texnologiyaların inkişafı üçün layihədir. Biz atomun dinc məqsədlərlə tətbiqinin digər sahələrində də - tibb, kənd təsərrüfatı, sənaye və elmdə birgə işləmək niyyətindəyik", - Şavkat Mirziyoyev bildirib Dövlət başçısı həmçinin əlavə edib ki, son 10 ildə 50 milyard dollardan 147 milyard dollara yüksələn Yeni Özbəkistanın iqtisadiyyatı davamlı inkişaf dinamikasını nümayiş etdirməkdə davam edir və bu, yeni nəsil obyektlərinin və infrastruktur imkanlarının təkmilləşdirilməsini tələb edir

Kaynak: trend.az

Diğer Haberler