Tenqri
Ana Səhifə
İqtisadiyyat

Özbəkistan və Rusiya süni intellekt sahəsində tərəfdaşlığı dərinləşdirir

BAKI, Azərbaycan, 6 iyun. Özbəkistan və Rusiya ölkələrin rəqəmsal inkişaf nazirləri arasında aparılmış danışıqlardan sonra rəqəmsal texnologiyalar, süni intellekt və telekommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli yol xəritəsinin hazırlanması və imzalanması barədə ra

0 baxıştrend.az
Özbəkistan və Rusiya süni intellekt sahəsində tərəfdaşlığı dərinləşdirir
Paylaş:

BAKI, Azərbaycan, 6 iyun. Özbəkistan və Rusiya ölkələrin rəqəmsal inkişaf nazirləri arasında aparılmış danışıqlardan sonra rəqəmsal texnologiyalar, süni intellekt və telekommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli yol xəritəsinin hazırlanması və imzalanması barədə razılığa gəliblər Bu barədə razılıq Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov ilə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri naziri Maksut Şadayevin görüşündə əldə olunub Müzakirələrdə rəqəmsallaşma sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, rəqəmsal infrastrukturun və ekosistemlərin inkişafı, süni intellekt sahəsində regional əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Süni intellekt texnologiyalarının tətbiqinə, qabaqcıl hesablama infrastrukturunun inkişafına, məlumat mərkəzlərinin tikintisinə və istismarına, bu sahələrdə təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib Nazirlər həmçinin elektron hökumət sistemləri, rəqəmsal dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ixtisaslı İT mütəxəssislərinin hazırlanması və rəqəmsal sektorda insan kapitalının gücləndirilməsi sahəsində əməkdaşlığı müzakirə ediblər Bundan əlavə, tərəflər transsərhəd məlumat mübadiləsi, elektron rəqəmsal imzaların istifadəsi və dövlətlərarası elektron sənəd dövriyyəsi sistemlərinin inkişafı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Rəsmilər qeyd ediblər ki, bu sahələrdə daha dərin əməkdaşlıq iki ölkə arasında rəqəmsal inteqrasiyanın inkişafına kömək edəcək, eyni zamanda vətəndaşlar və biznes üçün daha rahat şərait yaradacaq İclasda həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və BTİ-nin Radio Tənzimləmələri Şurasına Özbəkistandan irəli sürülmüş namizədlərin dəstəklənməsi ilə bağlı müzakirələr aparılıb Hər iki tərəf rəqəmsal iqtisadiyyat, telekommunikasiya, süni intellekt və e-hökumət sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialı vurğulayaraq, praktiki əməkdaşlığı genişləndirmək və birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər

Kaynak: trend.az

Diğer Haberler

Özbekistan ve Rusya yapay zeka alanındaki ortaklığını derinleştiriyor | Tenqri