Tenqri
Ana Səhifə
Dünya

Özbəkistan izahat tələb etdi - video

Özbəkistan Xarici İşlər Nazirliyi Amerika tərəfinə Nyu-York hava limanında milli futbol komandasının oyunçularının gücləndirilmiş müayinəsinin şərtlərinə aydınlıq gətirilməsi xahişi ilə sorğu göndərib Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Omonulla Fayziyev insidenti şərh edərkən deyi

0 baxışhaqqin.az
Özbəkistan izahat tələb etdi - video
Paylaş:

Özbəkistan Xarici İşlər Nazirliyi Amerika tərəfinə Nyu-York hava limanında milli futbol komandasının oyunçularının gücləndirilmiş müayinəsinin şərtlərinə aydınlıq gətirilməsi xahişi ilə sorğu göndərib Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Omonulla Fayziyev insidenti şərh edərkən deyib: “Hər hansı təhlükəsizlik tədbirlərinin dövlətlərin daxili qaydalarına uyğun tətbiq edildiyini anlayaraq, bu cür proseslərin idman tədbirlərinin, xüsusən də qarşılıqlı hörmət və dostluq münasibətlərinin ruhuna xələl gətirməməsini vacib hesab edirik” İyunun 8-də Nyu-Yorkda futbol üzrə Özbəkistan milli komandası əlavə təhlükəsizlik yoxlamasından keçib. İdmançıların baqajları hərtərəfli yoxlanılıb, metal detektorlar və kinoloji xidmətlərdən istifadə olunub. Milli komandanın baş məşqçisi Kannavaro daha sonra hadisənin standart təhlükəsizlik proseduru olduğunu və "uyğun olmayan və ya hörmətsiz münasibət" olmadığını söylədi pic.twitter.com/h7Ri2I8xSd Komandaların 2026-cı il dünya çempionatına hazırlığı çərçivəsində iyunun 8-də Nyu-Yorkun “İkan” stadionunda Özbəkistan və Hollandiya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Oyundan əvvəl Özbəkistan komandası gücləndirilmiş təhlükəsizlik yoxlamasından keçib. Futbolçular və nümayəndə heyətinin üzvləri təhlükəsizlik işçiləri tərəfindən iyləyici itlər vasitəsilə əlavə olaraq axtarışa verilib. Yoxlama milli komandaların görüşünün keçirilməli olduğu stadionun girişində aparılıb Görüşün yekununda Hollandiya 2:1 hesabı ilə qalib gəlib Özbəkistan millisi dünya çempionatında çıxışına iyunun 18-də Kolumbiya millisi ilə oyunla başlayacaq. Komanda iyunun 23-də Portuqaliya, 27-də isə Konqo ilə qarşılaşacaq

Kaynak: haqqin.az

Diğer Haberler