Özbəkistan yığmasının dünya çempionatı öncəsi yoldaşlıq oyunu ləğv edilib
Bu il iyunun 9-da İspaniyanın La Linea de la Konsepsyon şəhərində Konqo Demokratik Respublikası ilə Çili yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib. Bu barədə Mundo Deportivo məlumat yayıb Məlumata görə, şəhərin meri Xuan Franko Konqo Demokratik Respublikasında Ebola

Bu il iyunun 9-da İspaniyanın La Linea de la Konsepsyon şəhərində Konqo Demokratik Respublikası ilə Çili yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib. Bu barədə Mundo Deportivo məlumat yayıb Məlumata görə, şəhərin meri Xuan Franko Konqo Demokratik Respublikasında Ebola virusu ilə bağlı vəziyyətlə əlaqədar matçın qadağan edilməsi barədə qərar imzalayıb Bələdiyyə sədri, qərarın Əndəlus Səhiyyə Nazirliyinin tövsiyələri və şəhərin tibbi xidmətinin nəticələrinə əsaslanaraq, ictimai sağlamlıq təhlükəsizliyi baxımından qəbul edildiyini söylədi "Biz bu qərarı vermək məcburiyyətindəyik, çünki matç şəhər üçün vacib və maraqlı hadisə idi. Lakin Konqodakı sanitar vəziyyət və təqdim olunan sənədlər heç bir riskin olmadığına tam zəmanət vermir. Ona görə də bu qərarı ən uyğun həll yolu hesab edirik", - Juan Franko bildirib Buna baxmayaraq, Konqo DR millisi 2026-cı il dünya çempionatına hazırlıqlarını davam etdirir. Komandanın bu il iyunun 3-də Belçikanın Liej şəhərində Danimarka yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub Məlumat üçün bildirək ki, Konqo Demokratik Respublikası millisi tarixində ikinci dəfə və 1974-cü ildən bəri ilk dəfə dünya çempionatında iştirak edəcək. Konqo Demokratik Respublikası bu il iyunun 17-də Portuqaliyaya qarşı dünya çempionatına başlayacaq. Afrika təmsilçisi qrup mərhələsinin 3-cü turunda Özbəkistanla qarşılaşacaq, qarşılaşma iyunun 28-nə planlaşdırılıb

