Tenqri
Ana Səhifə
İqtisadiyyat

Özbəkistan və Qaraqalpaqstan tikinti prioritetləri ilə bağlı virtual görüş keçirib

TAŞKENT, Özbəkistan, 22 may. Özbəkistan tikinti və kommunal sektorlardakı məsələləri müzakirə etmək üçün Qaraqalpaqıstan Respublikasından olan sahibkarlarla onlayn açıq dialoq keçirib İclasda nazir müavini Ozoda Jo‘rayeva, aidiyyəti məsul şəxslər, rayon təşkilatlarının rəhbərləri, biznes nümayəndə

0 baxıştrend.az
Özbəkistan və Qaraqalpaqstan tikinti prioritetləri ilə bağlı virtual görüş keçirib
Paylaş:

TAŞKENT, Özbəkistan, 22 may. Özbəkistan tikinti və kommunal sektorlardakı məsələləri müzakirə etmək üçün Qaraqalpaqıstan Respublikasından olan sahibkarlarla onlayn açıq dialoq keçirib İclasda nazir müavini Ozoda Jo‘rayeva, aidiyyəti məsul şəxslər, rayon təşkilatlarının rəhbərləri, biznes nümayəndələri iştirak ediblər Dialoq zamanı iştirakçılar tikinti sektorunda lisenziya tələbləri, podratçı təşkilatların fəaliyyəti, xüsusi layihələrin reyestrə daxil edilməsi, mühəndislik şirkətlərinin rolunun artırılması istiqamətində görülən işlər, o cümlədən mövcud inzibati prosedurlarla bağlı sahibkarların təklif və problemlərini nəzərdən keçiriblər Müzakirələr həmçinin şəhərsalma və kommunal xidmətlər, o cümlədən abadlıq işlərinin təşkili, çoxmənzilli mənzillərin təmiri proqramlarının həyata keçirilməsi, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal platformalardan daha səmərəli istifadəni əhatə edib "Biz sahibkarlarla davamlı və açıq dialoq vasitəsilə sektor problemlərini tez həll etməyi və yeni təşəbbüsləri dəstəkləməyi hədəfləyirik. Hər bir müraciət bizim nəzarətimiz və diqqətimizdədir", - nazir müavini Ozoda Co‘rayeva bildirib İclasın yekununda sahibkarlar tərəfindən qaldırılan bir sıra təkliflərin həlli, əlavə baxılmasını tələb edən məsələlərə isə mövcud prosedurlara uyğun olaraq baxılması üçün müvafiq qurumlara tapşırıqlar verilib

Kaynak: trend.az

Diğer Haberler