Tenqri
Ana Səhifə
İqtisadiyyat

Özbəkistan Avrasiya Texnoloji Sənayeləşmə Kəmərinin yaradılması təşəbbüsü ilə çıxış edir

BAKI, Azərbaycan, 5 iyun. Özbəkistan sənaye potensialını, resursları, bazarları və texnoloji səriştələri makro-regional məkanda birləşdirmək üçün "Avrasiya texnoloji sənayeləşmə kəməri"nin yaradılması təşəbbüsü ilə çıxış edir O vurğuladı ki, hazırkı şəraitdə texnoloji və sənaye əməkdaşlığı təkcə i

0 baxıştrend.az
Özbəkistan Avrasiya Texnoloji Sənayeləşmə Kəmərinin yaradılması təşəbbüsü ilə çıxış edir
Paylaş:

BAKI, Azərbaycan, 5 iyun. Özbəkistan sənaye potensialını, resursları, bazarları və texnoloji səriştələri makro-regional məkanda birləşdirmək üçün "Avrasiya texnoloji sənayeləşmə kəməri"nin yaradılması təşəbbüsü ilə çıxış edir O vurğuladı ki, hazırkı şəraitdə texnoloji və sənaye əməkdaşlığı təkcə ikitərəfli qarşılıqlı fəaliyyət çərçivəsində məhdudlaşdırılmamalıdır, çünki dünyada istehsal zəncirlərinin köklü şəkildə yenidən qurulması və əsaslı transformasiyası gedir ​"Biz əsas diqqəti sənaye potensialını, resurslarını, bazarlarını və səriştələrini birləşdirməyə qadir olan geniş əməkdaşlıq məkanlarına yönəldirik. Buna görə də biz "Avrasiya texnoloji sənayeləşmə kəməri"nin formalaşdırılması təşəbbüsü irəli sürmüşük. Bu, sənaye əməkdaşlığı üçün vahid rəqəmsal platforma ilə birləşdirilən bir-biri ilə əlaqəli sənaye və texnoloji klasterlər sistemidir", - Şavkat Mirziyoyev bildirib Özbəkistan liderinin sözlərinə görə, təşəbbüsün praktiki mahiyyəti texnologiyaların birbaşa inkişafı və ixtisaslı kadrların hazırlanmasından tutmuş sənaye istehsalının dərindən lokallaşdırılmasına və xarici bazarlara birgə çıxışa qədər tam dövrəli zəncirlərin yaradılmasından ibarətdir. Bu inteqrasiya prosesinin hər il Daşkənddə keçirilən "İnnoprom. Mərkəzi Asiya" beynəlxalq sənaye sərgisinin artıq sübut olunmuş platforması əsasında tətbiqi təklif edilir Prezident əmin olduğunu bildirib ki, belə sistemli yanaşma kommersiya qurumlarına birbaşa etibarlı tərəfdaşlar tapmağa və operativ şəkildə uzunmüddətli, qarşılıqlı faydalı əlaqələr qurmağa imkan verəcək

Kaynak: trend.az

Diğer Haberler

Uzbekistan initiates creation of Eurasian Belt of Technological Industrialization | Tenqri