Tenqri
Ana Səhifə
İqtisadiyyat

Özbəkistan, Azərbaycan və Türkiyə unikal aqrosığorta modelini tətbiq edir – nazir (Exclusive)

BAKI, Azərbaycan, 6 may. 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu çərçivəsində Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov Trend-ə bildirib ki, Türkiyə, Azərbaycan və Özbəkistan strateji "üçbucaq" formalaşdırmaqla və birgə kənd təsərrüfatı sığortası sistemini tətb

0 baxıştrend.az
Özbəkistan, Azərbaycan və Türkiyə unikal aqrosığorta modelini tətbiq edir – nazir (Exclusive)
Paylaş:

BAKI, Azərbaycan, 6 may. 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu çərçivəsində Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov Trend-ə bildirib ki, Türkiyə, Azərbaycan və Özbəkistan strateji "üçbucaq" formalaşdırmaqla və birgə kənd təsərrüfatı sığortası sistemini tətbiq etməklə aqrar sektorda unikal əməkdaşlıq modeli yaradıblar Onun sözlərinə görə, bu yeni mərhələdə dövlətlər öz milli sığorta sistemlərini inteqrasiya etməyə başlayıblar və bununla da kənd təsərrüfatı sektorunun dayanıqlılığını və regionun ərzaq təhlükəsizliyini gücləndiriblər Nazir həmçinin qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında əməkdaşlıq tarixən yüksək səviyyədə olub “Lakin biz indi onu genişləndirərək, əkinlərin və əkin dövriyyəsinin idarə olunması üçün ümumi sistemdən rəqəmsallaşmaya, o cümlədən kənd təsərrüfatının maliyyələşdirilməsinə, sığorta sistemlərinə, ödəniş mexanizmlərinə və subsidiyalara keçirik Biz Azərbaycanın kənd təsərrüfatı sisteminin rəqəmsallaşdırılması təcrübəsini öyrənmişik və artıq Özbəkistanda bəzi proqramlar və proqram həlləri tətbiq etmişik Biz xüsusilə fəxr edirik ki, Türkiyə, Azərbaycan və Özbəkistan bir növ “üçbucaq” yaratmış və məhsul sığortası sistemini tətbiq etmişlər. Bu unikal modeldir. Hazırda biz üç ölkənin məhsul sığortası sistemlərini inteqrasiya edirik” Abdurahmonov qeyd edib ki, bu mexanizm ilk dəfə Özbəkistanda tətbiq edilir, lakin sonda regionun digər ölkələrinə də şamil oluna bilər "Biz bitkiçiliklə yanaşı, Özbəkistanda fındıq istehsalının şaxələndirilməsi sahəsində də əməkdaşlıq edirik. Biz oraya fındıq genetik materialı gətirmişik və elmi-tədqiqat müəssisələrimiz artıq bu sahədə işləyirlər Bundan əlavə, Azərbaycanın təcrübəsi olan çayçılıq sahəsində əməkdaşlığı inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Gələcəkdə bu sahəni genişləndirməyi planlaşdırırıq”, - deyə nazir bildirib O, digər sahələrdə, o cümlədən heyvandarlıq və balıqçılıq sahələrində əməkdaşlığın olduğunu vurğulayıb "Pambıq sektoru Özbəkistan üçün böyük əhəmiyyət kəsb edir və biz indi də pambıqçılığın inkişafında Azərbaycana kömək edirik. Artıq bu sahədə bir sıra klasterlər və şirkətlər Azərbaycanla işləməyə başlayıb", - deyə nazir yekunlaşdırıb

Kaynak: trend.az

Diğer Haberler