Ustadların irsi – Varislərin səsi
Abdulla Şaiqin mənzil-muzeyində "Ustadların irsi – Varislərin səsi" adlı tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Abdulla Şaiqin mənzil-muzeyi, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının ev-muzeylərinin birgə təşkilatçılığı ilə təşkil edilib Tədbirdə çıxış edən muzeyin elmi işçisi Fəridə Məm

Abdulla Şaiqin mənzil-muzeyində "Ustadların irsi – Varislərin səsi" adlı tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Abdulla Şaiqin mənzil-muzeyi, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının ev-muzeylərinin birgə təşkilatçılığı ilə təşkil edilib Tədbirdə çıxış edən muzeyin elmi işçisi Fəridə Məmmədova bildirib ki, Abdulla Şaiqin ocağı uzun illərdir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrinə həsr olunmuş tədbirlərə ev sahibliyi edir və bu ənənənin davam etdirilməsi böyük əhəmiyyət daşıyır Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, böyük pedaqoq və şair Abdulla Şaiqin varisi Ülkər Talıbzadə çıxışında Əliqulu Qəmküsar, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı kimi sənətkarların öz dövrlərinin qabaqcıl ziyalıları olduğunu, maarifçilik ideyalarının yayılmasına xidmət etdiklərini deyib. O bildirib ki, onların qələmi xalqın tərəqqisi uğrunda mübarizə aparan bir silah olub Sonra Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Yeganə Məmmədova çıxış edərək bu böyük sənətkarları bir araya gətirən əsas amillərdən birinin "Molla Nəsrəddin" jurnalı olduğunu deyib. O vurğulayıb ki, "Molla Nəsrəddin" jurnalının o dövrdə apardığı ideoloji mübarizə zəminində Abdulla Şaiqin də yandırdığı maarifçilik işığı cəmiyyətin oyanışına, insanların maariflənməsinə xidmət edib Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmətlər göstərmiş sənətkarların xatirəsinin yaşadılması mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, Azərbaycan ədəbiyyatı bütün dövrlərdə zəngin ənənələrə malik olub, xüsusilə "Molla Nəsrəddin" ədəbi məktəbi milli oyanış prosesində mühüm rol oynayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


