Tenqri
Ana Səhifə
Dünya

ABŞ-İran razılaşması: regional sabitlik və iqtisadi perspektivlər

BAKI, Azərbaycan, 16 iyun. Ötən ilin iyun ayında ABŞ, İsrail və İran arasında başlayan hərbi eskalasiya 12 günlük qarşıdurmadan sonra tərəflərin diplomatik kanallar seçməsi və nüvə danışıqlarının bərpası ilə tədricən səngidi. Lakin bu il fevralın 28-də yenidən gərginlik münaqişənin daha təhlükəli mə

0 baxıştrend.az
ABŞ-İran razılaşması: regional sabitlik və iqtisadi perspektivlər
Paylaş:

BAKI, Azərbaycan, 16 iyun. Ötən ilin iyun ayında ABŞ, İsrail və İran arasında başlayan hərbi eskalasiya 12 günlük qarşıdurmadan sonra tərəflərin diplomatik kanallar seçməsi və nüvə danışıqlarının bərpası ilə tədricən səngidi. Lakin bu il fevralın 28-də yenidən gərginlik münaqişənin daha təhlükəli mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Hərbi qarşıdurmanın yenidən gündəmə gəlməsi təkcə region ölkələri üçün deyil, həm də qlobal iqtisadiyyat üçün ciddi risklər yaradıb Münaqişənin dərinləşməsi təkcə təhlükəsizlik məsələlərinə deyil, həm də beynəlxalq ticarətə, enerji bazarlarına, tranzit marşrutlarına və yük daşımalarına mənfi təsir göstərib Vəziyyət İranın dünyanın ən mühüm enerji nəqli arteriyalarından biri olan Hörmüz boğazında tətbiq etdiyi məhdudiyyətlər, həmçinin ABŞ-ın buna cavab olaraq Oman körfəzinə yönəlik dəniz blokadası ilə daha da mürəkkəbləşib. Bu tədbirlər qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırdı və neft və qaz qiymətlərində kəskin dalğalanmalara səbəb oldu Artan gərginlik Yaxın Şərqdə iqtisadi layihələrin həyata keçirilməsinə, regional inteqrasiya proseslərinə, ölkələrin uzunmüddətli inkişaf strategiyalarına da mənfi təsir göstərib Son hadisələr göstərir ki, tərəflər hərbi qarşıdurmanı davam etdirməkdənsə, diplomatik həll yoluna üstünlük verirlər. ABŞ və İran arasında intensiv danışıqlar nəticəsində razılığın əldə olunması istiqamətində mühüm irəliləyişin əldə edildiyi bildirilir. Bu fonda yaxın günlərdə İsveçrədə tərəflər arasında sülh memorandumunun imzalanacağı ilə bağlı xəbərlər regionda sabitliyin bərpasına ümidləri daha da artırıb Maraqlıdır ki, həm Vaşinqton, həm də Tehran nəticəni diplomatik qələbə kimi təqdim edir. ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İranla razılaşmanın əldə olunduğunu bəyan edərək, Hörmüz boğazının tarifsiz beynəlxalq gəmiçilik üçün açılacağını və onun əmri ilə ABŞ-ın dəniz blokadasının dərhal qaldırılacağını bildirib İran prezidenti Məsud Pezeşkian da öz növbəsində razılaşmanı İran diplomatiyasının mühüm qələbəsi kimi qiymətləndirib. O qeyd edib ki, son həftələrdə İran qonşu ölkələrlə mövcud problemlərin əksəriyyətini həll edə bilib və indi əsas diqqət regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və qarşılıqlı faydalı layihələrin hazırlanmasına yönələcək Münaqişənin davam etdiyi müddətdə bir sıra regional və beynəlxalq aktorlar tərəflər arasında gərginliyin azaldılması və sülhün təmin edilməsi istiqamətində vasitəçilik səylərinə təşəbbüs göstərmişlər. Bu təşəbbüslər diplomatik həll perspektivlərinin qorunub saxlanmasında mühüm rol oynadı Bütövlükdə, ABŞ və İran arasında əldə olunan razılaşma təkcə iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından deyil, həm də regional sülhün möhkəmləndirilməsi, beynəlxalq ticarətin bərpası və qlobal iqtisadi sabitliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə, enerji ixrac edən və tranzit ölkələr üçün bu saziş yeni iqtisadi imkanlar aça, investisiya mühitini yaxşılaşdıra və ticarət dövriyyəsini artıra bilər Bu kontekstdə saziş təkcə ABŞ və İran üçün deyil, həm də bütün regionun gələcək inkişafı və beynəlxalq iqtisadi əlaqələrin sabitliyi üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər

Kaynak: trend.az

Diğer Haberler