ABŞ bp şirkətinin NICO və LUKOIL ilə Şahdəniz əməliyyatlarını davam etdirmək üçün lisenziyasını uzadıb
BAKI, Azərbaycan, 8 may. bp Azərbaycan təsdiq edib ki, ABŞ şirkətə İranın NICO və Rusiyanın LUKOIL şirkətləri ilə birlikdə Azərbaycanın Şahdəniz qaz yatağında əməliyyatları davam etdirməyə icazə verən lisenziyanın müddətini uzadıb "bp həmişə qüvvədə olan sanksiyalar qanun və qaydalarına əməl etməy

BAKI, Azərbaycan, 8 may. bp Azərbaycan təsdiq edib ki, ABŞ şirkətə İranın NICO və Rusiyanın LUKOIL şirkətləri ilə birlikdə Azərbaycanın Şahdəniz qaz yatağında əməliyyatları davam etdirməyə icazə verən lisenziyanın müddətini uzadıb "bp həmişə qüvvədə olan sanksiyalar qanun və qaydalarına əməl etməyə çalışır. İstinad etdiyiniz lisenziyaların müddəti uzadılıb. Şahdəniz sanksiyalara uyğun olaraq qalır", - bp Azərbaycandan Trend-ə bildiriblər bp-nin bu layihədə ABŞ sanksiyaları altında olan Rusiya və İranlı tərəfdaşları var. Britaniya şirkətinin qanunu pozmamasını təmin etmək üçün Vaşinqton xüsusi lisenziya verir və hazırda onun müddəti uzadılıb Əvvəlki lisenziyanın müddəti apreldə başa çatıb. Yeni lisenziyanın müddəti dəqiqləşdirilməyib Şahdənizdə iştirak payları aşağıdakılardır: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%) bp-nin son məlumatları göstərir ki, 2006-cı ildə fəaliyyətə başlayandan 2026-cı ilin birinci rübünün sonuna qədər "Şahdəniz" yatağında təxminən 271 milyard kubmetr qaz hasil edilib. Bundan başqa, bu müddət ərzində yataqdan 53 milyon ton kondensat hasil edilib 2026-cı ilin birinci rübündə Şahdəniz Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından təxminən 7 milyard standart kubmetr qaz və ümumilikdə təxminən 1 milyon ton (təxminən 7 milyon barel) kondensat hasil edib. Yataqda qaz və kondensat hasilatı 2025-ci ilin birinci rübündən dəyişməz qalıb Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon standart kubmetr və ya ildə təxminən 27,1 milyard standart kubmetr qazdır

