ABŞ və Azərbaycan geniş istiqamətlər üzrə əməkdaşlığı gücləndirir - Rəsmi (Eksklüziv)
BAKI, Azərbaycan, 6 iyun. Ötən bazar Azərbaycan və ABŞ-ın geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığı necə gücləndirdiyinin bariz nümunəsi oldu, - Trend-ə ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən ABŞ Məzunları Sərgisi çərçivəsində deyib Onun sözlərinə görə, mühüm hadisə ABŞ döv

BAKI, Azərbaycan, 6 iyun. Ötən bazar Azərbaycan və ABŞ-ın geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığı necə gücləndirdiyinin bariz nümunəsi oldu, - Trend-ə ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən ABŞ Məzunları Sərgisi çərçivəsində deyib Onun sözlərinə görə, mühüm hadisə ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes üzrə köməkçisi Kaleb Orr-un başçılıq etdiyi nümayəndə heyətinin Bakı Enerji Həftəsində iştirakı olub “Dövlət katibinin köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti Bakı Enerji Həftəsinə gəlib və ABŞ Prezidenti Donald Trampın mesajını oxuyub və bu ilin fevralında ABŞ-ın vitse-prezidenti J.D.Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi üzrə işi davam etdirib”, - Karlon qeyd edib O, ilk Azərbaycan-Amerika iqtisadi dialoqunun başlanmasından da danışıb "Biz tarixdə ilk Azərbaycan-Amerika iqtisadi dialoquna başladıq və onun sahələrində dəyəri 8 milyard dollardan çox olan sazişlər imzaladıq. Bu, onu göstərir ki, qarşıdan gələn ildə ikitərəfli münasibətlərimizin çox yaxşı perspektivləri var", - ABŞ-ın müvəqqəti işlər vəkili vurğulayıb


