ABŞ və İsrail hava hücumları Tehranı Məşhədlə birləşdirən əsas dəmir yolu körpüsünü vurub
BAKI, Azərbaycan, 7 aprel. ABŞ və İsrailin İrana endirdiyi aviazərbələr nəticəsində İranın paytaxtı Tehranı ölkənin şimal-şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhəri ilə birləşdirən Tehran vilayətinin Rey rayonunda dəmir yolu körpüsü zədələnib Onun sözlərinə görə, Qalano inzibati ray
BAKI, Azərbaycan, 7 aprel. ABŞ və İsrailin İrana endirdiyi aviazərbələr nəticəsində İranın paytaxtı Tehranı ölkənin şimal-şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhəri ilə birləşdirən Tehran vilayətinin Rey rayonunda dəmir yolu körpüsü zədələnib Onun sözlərinə görə, Qalano inzibati rayonunda dəmir yolu körpüsü bir neçə raketlə vurulub Qahharpur bildirib ki, hazırda həmin istiqamətdə qatarların hərəkəti mümkün deyil. Hadisə nəticəsində ölüm halı qeydə alınmayıb Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir


