Tenqri
Ana Səhifə
Siyasət

"Urban Expo" sərgisində Azərbaycan pavilyonu - FOTOREPORTAJ

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində açılışı olan "Urban Expo" sərgisində Azərbaycan pavilyonu nümayiş etdirilir "Report" xəbər verir ki, pavilyonun ümumi sahəsi 1500 kvadratmetrdir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahan

0 baxışreport.az
"Urban Expo" sərgisində Azərbaycan pavilyonu - FOTOREPORTAJ
Paylaş:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində açılışı olan "Urban Expo" sərgisində Azərbaycan pavilyonu nümayiş etdirilir "Report" xəbər verir ki, pavilyonun ümumi sahəsi 1500 kvadratmetrdir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov "Report"a bildirib ki, ərazinin ümumi dizaynı Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanıb: "Pavilyonunun mərkəzində Azərbaycanı xarakterizə edən odlar yurdu elementi var. Burada Azərbaycanın keçmişdən gələcəyə gedən yolu əks olunub. İçərişəhərə xüsusi yer ayrılıb. Bakının Baş planı nümayiş olunur. Həmçinin paytaxtın inkişaf mərhələləri burada göstərilir" Şöbə müdiri deyib ki, pavilyonda Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı təqdimat ən böyük seqmentlərdən biridir "Burada həmçinin statistik məlumatlar da nümayiş olunur. Artıq Qarabağ və Şərqi Zəngəzurda 8 şəhərin baş planı, 100-dən çox kəndin ərazi planlaşdırılması təsdiqlənib. Daha 4 şəhərin baş planı hazırlanmaq üzrədir. İndiyədək 3 milyon kvadratmetrdən çox tikinti sahəsinə icazə verilib. 43 yaşayış məntəqəsinə əhali köçüb" Şöbə müdiri əlavə edib ki, pavilyonda Azərbaycan turizm əraziləri virtual olaraq nümayiş etdirilir O, həmçinin məlumat verib ki, Azərbaycan pavilyonunda 20-dən çox tədbirin keçirilməsi planlaşdırılır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

"Urban Expo" sərgisində Azərbaycan pavilyonu - FOTOREPORTAJ | Tenqri