Urban Expo-da bütövləşən dünyanın fərqli rəngləri - FOTOREPORTAJ
Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn iştirakçılar WUF13 çərçivəsində təşkil olunan Urban Expo sərgisinə xüsusi rəng qatıb "Report" xəbər verir ki, müxtəlif millətlərin nümayəndələri, fərqli mədəniyyətləri əks etdirən geyimlər, rəngarəng obrazlar və müxtəlif dillərdə səslənən söhbətlər sərgin

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn iştirakçılar WUF13 çərçivəsində təşkil olunan Urban Expo sərgisinə xüsusi rəng qatıb "Report" xəbər verir ki, müxtəlif millətlərin nümayəndələri, fərqli mədəniyyətləri əks etdirən geyimlər, rəngarəng obrazlar və müxtəlif dillərdə səslənən söhbətlər sərgini sanki kiçik bir dünya xəritəsinə çevirib Sərgidə dünyanın müxtəlif qitələrində yerləşən onlarla ölkədən gələn nümayəndələrin milli geyimləri, fərqli mədəniyyətləri əks etdirən aksessuarları və enerjili görüntüləri ziyarətçilərin diqqətini cəlb edib O baxımdan, Urban Expo yalnız şəhərsalma ideyalarının deyil, eyni zamanda, xalqlar arasında mədəni yaxınlaşmanın da platformasına çevrilib Bakıda keçirilən WUF13 bir daha təsdiq edir ki, şəhərlərin gələcəyi yalnız texnologiya ilə deyil, insanların birgə əməkdaşlığı və mədəni müxtəlifliyi ilə qurulur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


