"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisində nümayiş etdirilən pavilyonlardan biri də "ICA Group"a məxsus olub AZƏRTAC xəbər verir ki, pavilyonda Azərbaycanlı gənclərin startapı sərgilənib. Ekoloji materiallardan hazırlanan bloknot, karandaş

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Urban Expo" sərgisində nümayiş etdirilən pavilyonlardan biri də "ICA Group"a məxsus olub AZƏRTAC xəbər verir ki, pavilyonda Azərbaycanlı gənclərin startapı sərgilənib. Ekoloji materiallardan hazırlanan bloknot, karandaş və qələmdən ibarət olan startap həm ölkə, həm də dünya üzrə ardıcıl iki dəfə birinci olub Bloknotun üz qabığı kraft kağızdan, səhifələri isə yenidən emal olunmuş kağızlardan hazırlanıb, sonuncu səhifə toxunub Ekoloji karandaşa kapsula, onun içərisinə isə toxumlar yerləşdirilib. Karandaşı istifadə etdikdən sonra toxumları torpağa əkmək mümkündür. Son nəticədə əkilən toxumların yerində bitkilər bitir. Karandaşın tutacağı isə yenidən istifadə edilə bilər. Buna görə də karandaş tamamilə sıfır tullantı hesab edilir Qələm də ekoloji materiallardan hazırlanıb. Plastiklər yenidən emal olunub, hissələrdən biri toxumludur. Qələmi istifadə edib bitirdikdən sonra həmin hissəni çıxarıb əkmək olar. Orada yenidən bitkilər bitir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

