Uqanda rəsmisi: Şəhərlərdə mənzil, infrastruktur və məşğulluq əsas problemlərdəndir VİDEO
Müasir dövrümüzdə şəhərlər bir çox çağırışlarla üz-üzədir. Əsas çağırışlar sırasında məişət tullantılarının idarə edilməsi, infrastruktur baxımından şəhərlərdə planlaşdırmanın aparılması və insanların əlverişli yaşayışı üçün mənzil və yolların salınması yer alır Bu sözləri AZƏRTAC-a açıqlamasında B

Müasir dövrümüzdə şəhərlər bir çox çağırışlarla üz-üzədir. Əsas çağırışlar sırasında məişət tullantılarının idarə edilməsi, infrastruktur baxımından şəhərlərdə planlaşdırmanın aparılması və insanların əlverişli yaşayışı üçün mənzil və yolların salınması yer alır Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Uqandanın Abadlaşdırma, Mənzil və Şəhərsalma Nazirliyinin planlaşdırma və büdcə məsələləri üzrə əməkdaşı Devid Vamay deyib O bildirib ki, digər məsələ isə iş imkanları və gəlirlə bağlıdır “Beləliklə, bunlar hazırkı şəhərlərin üzləşdiyi və həll edilməli olduğu əsas çətinliklərdir. Düşünürəm ki, Bakı şəhərində keçirilən WUF13 çərçivəsində məhz bu çağırışlarla mübarizədə müxtəlif həll yolları təklif olunur və müzakirələr aparılır. Bu baxımdan bu tədbirin əhəmiyyəti olduqca böyükdür”, - deyə o diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


