Türkiyədə qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğu üzə çıxıb - 00:47 yenilənib
Türkiyənin “Doru Haber” nəşri xəbər verir ki, mayın 16-da Türkiyənin Samsun şəhərinə düşən pilotsuz təyyarə Ukraynaya məxsus olub. KİV-in məlumatına görə, PUA-nın qalıqları Maya decoy dronlarının hissələrinə bənzəyirdi Nəşr bildirir ki, dron Krasnodar diyarına və ya Krıma hücum zamanı kursdan çıxa

Türkiyənin “Doru Haber” nəşri xəbər verir ki, mayın 16-da Türkiyənin Samsun şəhərinə düşən pilotsuz təyyarə Ukraynaya məxsus olub. KİV-in məlumatına görə, PUA-nın qalıqları Maya decoy dronlarının hissələrinə bənzəyirdi Nəşr bildirir ki, dron Krasnodar diyarına və ya Krıma hücum zamanı kursdan çıxa bilərdi. Əməliyyat xidmətləri PUA-nın dağıntılarını toplayıb. Onların hesablamalarına görə, qəzaya qədər onun çəkisi təxminən 25 kq olub Fövqəladə hadisə Kazım Qarabəkir ərazisində baş verib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları gəlib. İki evin dam örtüyünə ziyan dəyib, pəncərələri sındırılıb. Şəhər sakinləri arasında xəsarət alan olmayıb DHA-nın verdiyi məlumata görə, şəxsiyyəti hələ müəyyən edilməyən pilotsuz təyyarə şənbə günü səhər saatlarında Türkiyənin Qara dəniz sahilində Samsun şəhərinin Kazım Karabəkir rayonunda küçələrdən birinə düşüb İki evin dam örtüyünə ziyan dəyib, pəncərələri sındırılıb. Agentlik qeyd edir ki, ekspertlər uzunluğu təxminən 1 m olan PUA-nı tədqiq edirlər


