Tenqri
Ana Səhifə
Dünya

"UNEC ın əsas üstünlüklərindən biri də məzunların xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır" - Ədalət Muradov

“Universitetimizdə ingilis dili tədrisinin müddəti artıq ikinci dəfə uzadılıb və tədris dörd mərhələdə təşkil edilib. Məqsədimiz hər bir tələbənin ingilis dilini ən azı orta səviyyədə mənimsəməsini təmin etməkdir” Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru profes

0 baxış525.az
"UNEC ın əsas üstünlüklərindən biri də məzunların xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır" - Ədalət Muradov
Paylaş:

“Universitetimizdə ingilis dili tədrisinin müddəti artıq ikinci dəfə uzadılıb və tədris dörd mərhələdə təşkil edilib. Məqsədimiz hər bir tələbənin ingilis dilini ən azı orta səviyyədə mənimsəməsini təmin etməkdir” Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, bu, UNEC tələbələrinə xarici universitetlərlə mübadilə proqramlarında iştirak etmək, xaricdə magistratura təhsili almaq, həmçinin dünyanın tanınmış professorlarının universitetə cəlb olunması vasitəsilə onların tədris imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır: "Eyni zamanda, xarici dil bilikləri əmək bazarında işəgötürənlərin ən çox diqqət yetirdiyi tələblərdən biridir. Hesab edirik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin məzun profilinin əsas üstünlüklərindən biri də məzunların xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır"

Kaynak: 525.az

Diğer Haberler